معرفی کانال‌های تلگرام برای یادگیری و تقویت زبان ترکی آذربایجانی
«کتابخانه‌ی اوخوجان»؛ ویدیو-کتاب‌های کودک و نوجوان به زبان ترکی آذربایجانی؛ اپلیکیشن، کانال تلگرام، کانال یوتیوب، صفحه‌ی اینستاگرام اوخوجان
زلزله خوی و ترکیه، رزومه‌ی شرکت‌های عمرانی، پیمانکاران، انبوه‌سازان و تولیدکنندگان مصالح ساختمانی
آدرس آموزشگاه های ترکی استانبولی در تبریز با تدریس مجید عزمی
کلاس های آموزش زبان ترکی استانبولی در آموزشگاه های مختلف ولیعصر تبریز
کلاس های آموزش زبان ترکی استانبولی در آموزشگاه های مختلف نصف راه تبریز
کلاس های آموزش زبان ترکی استانبولی در آموزشگاه های مختلف آبرسان تبریز
حمایت مالی از کلاس‌ها و دوره‌های زبان ترکی آذربایجانی
آموزش گام به گام زبان ترکی آذربایجانی (فایل pdf + فایل صوتی)
تبلیغ رایگان در سایت azmiaz.org
کلاس‌های آموزش زبان ترکی استانبولی در تبریز ۰۹۱۴۹۱۷۳۲۱۷
ترجمه کتاب و مقاله از ترکی استانبولی به فارسی و از فارسی به ترکی استانبولی
رزومه به ترکی استانبولی | ترکی آذربایجانی
خودآموز ترکی استانبولی
چگونه محصول یا خدمات خود را در ترکیه و آذربایجان بفروشیم؟
تولید محتوا و تبلیغ نویسی به زبان ترکی با هدف بازاریابی و صادرات به جمهوری آذربایجان و ترکیه (مشتری‌یابی بین‌المللی)
چگونه ترکی استانبولی | ترکی آذربایجانی را آنلاین یاد بگیریم؟
بهترین روش آموزش ترکی استانبولی و ترکی آذربایجانی به صورت آنلاین
آموزش درس به درس ترکی استانبولی (فایل pdf + فایل صوتی)
سوابق نویسندگی، مترجمی و تدریس مجید عزمی
چگونه در خانه ترکی استانبولی یاد بگیریم؟
مزایای آموزش آنلاین ترکی استانبولی
ترکی استانبولی، دوره تابستانه، 1398
تدریس ترکی، مجید عزمی، 09149173217
سیزده بدر کجا برویم؟
″Allah mənə bir uşaq verəydi, çolaq, kor, şil olaydı da malım ona qalaydı″
Türk - İslam dünyası çin mallarını nasıl boykot edebilir? Öneriler
دوره های متنوع ترکی استانبولی و ترکی آذربایجانی با تدریس مجید عزمی
İranda müşteri bulmak için bazı öneriler ve tavsiyeler
تبلیغات به زبان ترکی، تبلیغ نویسی و تولید محتوای ترکی برای پیدا کردن مشتری خارجی و حضور در بازارهای ترکیه و آذربایجان و کسب درآمد ارزی
″Allah mənə bir uşaq verəydi, çolaq, kor, şil olaydı da malım ona qalaydı″

Niyə uşaq istəyirik? Bax, bizim insanımız necə düşünür, Bir uşağı nə üçün istəyir

"Allah mənə bir uşaq verəydi, çolaq, kor, şil olaydı da malım ona qalaydı"

 

Bu qonşu arvadı Fəridə xanımın sözüdür. Fəridə xanımın uşağı olmayıb.

Fəridə xanım çox pulludur, ərinin aylığı var, bankda sayısız-hesabsız pulu var, ayda filan qədər bankdan mənfəət alır, bir də ələntiyə verdiği dükkanı var... ama nə fayda, bu pulu heç xərcləməz. Ərinin aylığını, banka yatırdığı pulun mənfəətini, dükkandan alığı və əlinə gələn digər pulları yığar, yenə banka yatırar və yenə də onların mənfəətlərini yığar və yenə də...

Bir dəfə Öz üzünə, "sən də pul hambalısan" dedim. "Malı çox, günü qara", elə belələrinə deyilər.

Burada mən onun pulu ilə nə etdiyini tənqid etmək istəməyirəm. Öz puludur, özü bilər. Nə edəcəksə etsin. Mənə nə.

Mən yuxarıda nəql etdiyim sözə görə yazmaq istəyirəm. Bax, bizim insanımız necə düşünür, Bir uşağı nə üçün istəyir?

Yoxdan var olsun bir uşaq, kor, şil, çolaq olsun, ömür boyu əzab çəksin (zaten bu acımasız dünyada sağlam olanlar da az əzab çəkmir, bir ömür xoş yaşasan da, bir diş ağrısı, bir baş ağrısına dəyməz, çünkü xoşluqlar və ləzzətlərin hamısı geçicidir, ama dərdlərin, ağrıların çoxu qalıcıdır), nə var, nə var bunun malı sahibsiz qalmasın.

Sənin malına sahib tapılacaqdır, varis tapılacaqdır, tapılmazsa da, dövlət ya da bir xeyrsevər qurum sahiblənəcəkdir sənin malını.

Uşaq doğurmaq, dünyaya uşaq gətirmək üçün heç bir məntiqli dəlil tapa bilmirəm. Yəni uşağın özü üçün dünyaya gətirilməsi barədə heç bir məntiqli dəlil yox. Kimsə özü üçün dünyaya gətirilmir. Bu imkansız bir şeydir. Çünkü özü yox idi.

"Uşağım olsun da malıma sahib çıxsın!"

"Uşağım olsun da, qocalanda mənə baxsın!"

"Uşağım olsun da, o biri uşağım tək qalmasın!"

"Anam, atam, qaynanam, qaynatam, nəvə istəyir!"

"Uşağım olsun da, işləsin!"

Hətta,

"Uşağım olsun da, dövlətdən pul alım!"

"Uşağım olsun da, əsgərliyim azalsın!" deyə dəlil gətirənlər də var.

 

Demək insanlar, uşağı özləri üçün istəyir, məncillik deyil mi bu? İnsan dünyaya gətirmək istədiyi uşağın rızasını alır mı? Bu imkansız deyəcəksiniz. O uşaq yox ki, razılıq versin ya da verməsin...

Biz, özümüz üçün dünyaya gətirilmədik, birilərinin oğlu ya da qızı olmaq, birilərinin, nəvəsi olmaq, birilərinin  qardaşı ya da bacısı olmaq üçün və biriləri tək qalmasın deyə dünyaya gətirildik.

Uşaqlarımızı da belə hədəflərlə gətiririk bu dünyaya.

Özümüz üçün dünyaya gətirilmirik, başqaları üçün dünyaya gətirilirik, ya da gətiririk.

Zatən də özümüz üçün dünyaya gətirilə bilməzdik. Axı biz yox idik ki.

Gəlin var olanlara sahib çıxaq. İndi var olan uşaqları qoruyaq, məhrum uşaqlara sahib çıxaq.

Gəlin "yoxdan var" edib də acımasız dünyaya yeni bədbəxtlər artırmayaq.

Nəslin davam etməsindən nigəran olmayaq, bu sözləri qəbul etməyib nəsli davam etdirəcək milyonlar insan var...


نظرات کاربران

  • نام کامل :
  • آدرس ایمیل :
  • متن نظر :
  • کد امنیتی :
  • نمایش یک کد امنیتی جدید کد امنیتی
  •